Əlil Arabasında Qılıncoynatma Federasiyası növbəti tədbirini Zaqatalada keçirdi
Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının bir qrup rəhbərliyi Zaqatala rayonunda anım mərasimində olub. Şəhidlərimizin xatirəsi yad olunub, abidə kompleksləri ziyarət olunub.
Vətən müharibəsi başlayan ilk gündən etibarən Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası şəhid ailələri, qazilərimizi ziyarət edir, onlara sosial-psixoloji, mənəvi dəstək, hüquqi yardım göstərilməsi işinə başlamışdır. Müharibə başa çatandan sonra da bu iş dayandırılmamış və hal-hazırda da davam etdirilir. Məqsədimiz əlilliyi olan qazilərimizi paralimpiya hərəkatına cəlb etmək olmuşdur. Dayaq-hərəkət sistemində problem olan qazilərimiz əlil arabasında qılıncoynatma idmanı ilə məşğul ola bilərlər. Bu gün 17 sentyabr tarixində gördüyümüz işin 2-ci etapına start verildi. Bu da qazilərimizin idmana başlamaşdır. 3-cü etap noyabr ayının 8-də Şuşa şəhərində Zəfər kubokunun keçirilməsidir. Tədbirdə Gənclər və İdman nazirliyinin şöbə müdürü, Olimpiya çempionu Fərid Mansurov, Bakı şəhəri Gənclər və İdman idarəsinin rəisi Raqif Abbasov, Bədən tərbiyəsi və İdman Akademiyasının prorektoru Təhminə Tağızadə, Milli Olimpiya Komitəsinin şöbə müdiri Mehman Kərimov, Milli Paralimpiya Komitesinin şöbə müdirləri Rüfət Hacılı və Azər Tapdıqov, 1-ci Qarabağ, aprel döyüşləri və Vətən müharibəsi qaziləri, rayon icra hakimiyyətinin müvafiq şöbə əməkdaşları iştirak edirdilər.
Cari ilin 08-10 iyul tarixlərində Zaqatala rayonunda qazilərimizlə keçirilən görüşlər zamanı qaldırılmış məsələlərin həlli kimi, Zaqatala rayonu Yengiyan kəndində 4 Vətən müharibəsi qazisinə 2 ha torpaq sahəsi təqdim olundu.
Həmçinin Zaqatala Olimpiya İdman Kompleksinin həyətində Olimpiya İdman Kompleksi əməkdaşları, federasiya rəsmiləri, 1-ci Qarabağ müharibəsinin iştirakçısı, keçmiş zabit Əliş Qarayev şəhidlərimizin xatirəsinə ağaclar əkmişlər
Tədbirdə Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının 1-ci vitse-prezidenti Asəf Məlikov və digər rəsmiləri iştirak edirdilər
Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası qazilərimizin qaldırdıqları məsələləri daim diqqətdə saxlayır.