Qanunsuz erməni silahlı dəstələri Xocavənddə yeni səngər yolları qazmağa cəhd etdi - Ordumuz qarşısını aldı

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.
Bu barədə mətbuata Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan qazıntı işləri dərhal dayandırılıb.