Pezeşkian: Qonşu ölkələr, eləcə də Azərbaycanla əlaqələri möhkəmləndirmək İran üçün prioritetdir
İran hakimiyyəti xarici siyasətdə qonşu ölkələrlə, o cümlədən Azərbaycan, Türkiyə, Türkmənistan, Əfqanıstan, Pakistan və Fars körfəzi sahilində yerləşən dövlətlərlə münasibətlərin möhkəmləndirilməsinə üstünlük verir.
Bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.











