Tərtərdə uşaq bağçalarının açılmasına hazırlıq işləri görülür
Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 22 yanvar tarixli Qərarına uyğun olaraq məktəbəqədər təhsil müəssisələri fevralın 15-dən fəaliyyətini bərpa edəcək. Bununla əlaqədar respublikanın digər yerlərində olduğu kimi, Tərtər rayonunda da müvafiq hazırlıq tədbirləri görülür.
Rayon ərazisindəki körpələr evi-uşaq bağçalarında geniş təmizlik, tibbi profilaktik tədbirlər həyata keçirilir. Müəssisələr dezinfeksiya olunur, otaqlarda, mətbəxdə, sanitar qovşaqlarda səliqə-sahman yaradılır. Bağçaların əməkdaşları hazırkı şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılıb.