Cəlilabadda COVID-19 pandemiyası ilə mübarizə məqsədilə maarifləndirmə aksiyası keçirilib
Cəlilabadda COVID-19 pandemiyası ilə mübarizə məqsədilə aparılan vaksinasiya barədə əhalinin maarifləndirilməsi istiqamətində tədbirlər görülür.
Bununla bağlı Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə aksiya keçirilib.
Aksiya çərçivəsində COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə yaşı 50-dən yuxarı olan vətəndaşlara maarifləndirici bukletlər paylanılıb.