Cəlilabadda yük və sərnişin daşınmasında artım qeydə alınıb
Bu ilin yanvar-mart aylarında Cəlilabad rayonunda avtomobil nəqliyyatı ilə yük daşınması 233,0 min ton və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,4 faiz çox olub.
Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, 2022-ci ilin yanvar-mart aylarında sərnişin və yük daşınma xidməti sahəsində 62 nəfər fərdi sahibkar fəaliyyət göstərib. Rayonda sərnişin daşınması 2021-ci ilin müvafiq dövrünə nisbətən artıb. Fiziki şəxslər də daxil olmaqla 2617 min sərnişin daşınıb ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,4 faiz çoxdur.