Kürdəmirdə “Xəmsə” Milli İntellektual Oyunu üzrə rayon çempionatının final mərhələsi keçirilib
Kürdəmirdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Kürdəmir nümayəndəliyinin, rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr edilən “Xəmsə” Milli İntellektual Oyunu üzrə rayon çempionatının final mərhələsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, beş həftə davam edən yarışda 16 məktəb komandası olmaqla, 80 yeniyetmə iştirak edib. Maraqlı keçən oyunda rayonun B.Məmmədov adına Mürtülü kənd tam orta məktəbinin “Turan” komandası l yeri qazanıb. V.Qurbanov adına Köhnəbazar kənd tam orta məktəbin “Araz” komandası II yerə, M.Əzimov adına Atakişili kənd tam orta məktəbin “Kəlbəcər” komandası isə lll yerə layiq görülüb.
I yerin sahibinə təşkilatçılar tərəfindən kubok, diplom və hədiyyələr təqdim olunub.