Qazaxın kəndini su basdı - VİDEO
Qazax rayonunun Qarapapaq kəndində sel suları üçün nəzərdə tutulan kanalın sıradan çıxması nəticəsində kəndi su basıb.
Modern.az xəbər verir ki, hadisə yerinə dərhal polis əməkdaşları gəlib.
Məlumata görə, əhaliyə köməklik göstərilib. Evdə qalan azyaşlılar evakuasiya edilib.