Azad olunan ərazilərdə daha 649 partladılmamış hərbi sursat aşkarlanıb
İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (30.10.2023 - 05.11.2023) açıqlanıb.
ANAMA-dan verilən məlumata görə, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 32 piyada əleyhinə mina, 24 tank əleyhinə mina, 649 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.