Azərbaycanda əhalisi ən çox olan rayonlar - İlk “ÜÇLÜK”
Azərbaycan Respublikasında əhalisinin sayına görə 1-ci sırada olan rayon Abşerondur.
Modern.az saytı bunu Dövlət Statistika Komitəsinin məlumatı əsasında dəqiqləşdirib.
Məlum olub ki, 2023-cü ilin əvvəlinə Abşeron rayonu ərazisində yaşayan insanların sayı 431500 nəfər təşkil edib.
Sonrakı yerdə Bakının Sabunçu rayonu gəlir - 329600 nəfər.
İlk “üçlük”də qərarlaşan növbəti rayon Bakının Binəqədi rayonudur – 307000 nəfər.