Azad olunan ərazilərdə ötən ay 3042 mina aşkarlanıb
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə aylıq məlumat (01.08.2022 - 31.08.2022) açlıqlayıb.
ANAMA-dan verilən məlumata görə, avqust ayı ərzində Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl, Laçın və Zəngilanda 2353 piyada əleyhinə mina, 689 tank əleyhinə mina və 1161 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.