Nazir dərslərin başlama vaxtını ELAN ETDİ
Azərbaycan məktəblərində yeni tədris ilinin nə vaxt başlayacağı barədə suala aydınlıq gətirilib.
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə danışıb.
"Qeyri-adi nə isə baş verməsə, tədris sentyabrın 15-i başlayacaq", - deyə nazir jurnalistlərin sualına cavabında bildirib.