Azərbaycana meymunçiçəyi testləri gətirilir
Azərbaycana meymunçiçəyi testləri yaxın 2-3 gün ərzində gətiriləcək.
Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
"Azərbaycan tərəfi Ümumdünya Səhiyyə Təşkilatına meymunçiçəyi virusunu təsbit edən testlərin ölkəyə gətirilməsi üçün ilk müraciət edən dövlətlərdən biri olub. Artıq həmin testlər ÜST-nin Azərbaycandakı nümayəndəsinin rəhbərinə rəsmi şəkildə təhvil verilib", - T.Musayev qeyd edib.