Türkiyədə “Xarıbülbül” simvollu pul buraxıldı
Türkiyədə "Xarıbülbül" simvolu olan pul buraxılıb.
Bu barədə Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç tvitter hesabında paylaşım edib.
"Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı can Azərbaycanın Qarabağ zəfərinin xatirəsinə "Xarıbülbül" simvolu olan gümüş pul (20 lirə) buraxıb." - deyə Hulusi Kılıç bildirib.