Bakı məktəblərində koronavirusa yoluxma ilə bağlı son durum açıqlanıb
Tarix: 12-11-2021, 13:58 |
"Bakı məktəblərində koronavirusa yoluxma ilə bağlı vəziyyət demək olar ki, stabildir".
Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva bildirib.
Onun sözlərinə görə, təxminən 10-a yaxın məktəb distant təhsilə keçir və yenidən qayıdır: "Vəziyyət nəzarət altındadır və lokal olaraq məsələni tənzimləməyə çalışırıq".