Bakıda iki məktəb SÖKÜLƏCƏK
2020-2021-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən 22 məktəbdə tikinti, əsaslı və cari təmir işləri yerinə yetirilib.
Bu barədə Modern.az-a BŞTİ-dən məlumat verilib. Qeyd edilib ki, 6 məktəb üçün yeni bina və ya əlavə tədris korpusu inşa olunub.
Ehtiyac olan ərazilərdə 3 yeni məktəbin (Hövsan qəsəbəsi, Binə qəsəbəsi, Yeni Yasamal Yaşayış Massivi) tikintisi tamamlanıb. Eyni zamanda ehtiyac olan arazilərdə 4 yeni məktəbin (Binə qəsəbəsi və Binəqədi rayonu ərazisində) tikintisi davam etdirilir.
1 məktəbin sökülərək yenidən tikintisi tamamlanmaq üzrədir.
2 məktəbin əsaslı təmiri və əlavə korpusunun tikintisi, 1 məktəbin bərpa-gücləndirilməsi və əsaslı təmiri davam etdirilir.
Həmçinin 2 məktəbin köhnə korpuslarının sökülərək yenidən tikintisi, 2 məktəbin qəzalı binasının sökülərək yeni korpusun inşası və 1 məktəbin əsaslı təmiri nəzərdə tutulur.