Təlimçi Sevil Ruhi Məmmədova: "Qarşımdakına ziyan vermədən rəqabət aparmaq əsas iş prinsipimdir"
- Sevil xanım necə oldu ki, bu sahəyə gəldiniz?
- İxtisasım filoloq olsa da, yenilik istəyirdim. Hamı bilir cümlənin 11 nitq hissəsi var,hamı bilir 5 cümlə üzvü olduğunu...Düzdür, bunu tədris edən zamanda cümlənin baş üzvlərini valideynlərə, 2-ci dərəcəli üzvlərini övladlara bənzədərək, cümlənin ən müstəqil üzvü olan mübtədadı evin atası,evdə bütün lazımı xəbərləri verən ana cümlənin xəbəri,tamamlıq zərflik ailənin oğlu,təyin isə təyin etdiyi sözün əvvəlində gəldiyi üçün hər kəsin qarşısında qulluqda durun evin qızına bənzədərək keçirdim. Amma bu bəs etmirdi. Daha fərqli daha yeni nə isə arzuladıqca özümü bütün fənn müəllimlərinə metodika təlimi keçərkən “-hə bax bu,məs budur istədiyim” dediyimi xatırlayıram.
- Öz sahəniz üzrə hansı işləri görürsünüz?
-Gəlin, etiraf edək ki, vaxtında məktəbdə bizə sadəcə əzbərçiliyə, hafizəyə yönəlik dərslər keçirilib. Məntiqi təfəkkürü yaxşı olan şagirdlərə "əhsən bu şagird ən yaxşısıdır" deyib orda dayanan müəllim yox, məntiqi təfəkkürün təfəkkürün ən aşağı səviyyəsi olduğu üçün ordan başlayan müəllimlər yetişdirirəm deyə bilərəm. Və şagirdlərinin və ya övladlarının sadəcə fizioloji sağlamlığı yox ruhsal, zehinsəl sağlamlığına da öncəlik verən gözəl bir orta nəsil gəlir ki, burda bir zərrə də olsa payım olduğu üçün və ən əsası qadınların öz dəyərlərini sadəcə açıq şəkildə onlara çatdırmaqla əks cinsdən daha ağıllı, daha uzaqgörən, daha planlı, daha dərin düşüncəyə, daha, daha, daha…. sahib olduqlarını onlara xatırlatdığım üçün çox xoşbəxtəm.
- İş prinsipniz nədən ibarətdir?
- Ən yaxşısı mən olmalıyam! Və bugün açıq bir şəkildə deyə bilərəm ki, ölkədə reklamı ən az olan təlimçi olmağıma baxmayaraq güclü reklamları olan təlimçilərlə eyni sırada olduğum və bu işi onlardan da daha yaxşı şəkildə həyata keçirdiyim gözlə görünən bir şeydir. Bəlkə də iş prinsipim rəqabətimdir, qarşıdakına ziyan vermədən və qarşıdakıların xəbərləri olmadan etdiyim rəqabət…ƏN YAXŞISI MƏN OLMALIYAM!
- Hansı yaş qrupuna aid insanlarla çalışırsınız?
- Hazırda təlim keçdiklərimdən 57+ yaş qrupundan Rəhilə müəlliməni və keçən il musiqi ixtisası üzrə Nərgiz müəllimə var ki, 2002 təvəllüdlü idi. 20-60 yaş aralığı deyə bilərəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Oktyabr ayında müdavimim biri təlimdən sonra yaxınlaşaraq qadın-kişi münasibətləri ilə bağlı məndən video izah xahiş edəndə yaman tərəddüd etmişdim, amma bu yaxınlarda təlim keçdiyim qrupun bütün üzvləri “qadınların öz ağlından necə səmərəli istifadə edə bilmələri” ilə bağlı məndən seminar istəyəndə əvvəlkindən daha böyük bir təəccüb yaşadım. Bunun səbəbini isə metodikanı, psixologiyanı öyrəndikcə qadınlarımızın öz fərqinə vardıqlarında görürəm. Axı təxmini 99% müəllimlimlərimiz qadınlardan ibarətdir.
- Bir mütəxəsiss olaraq nəyə "yox", deyirsiniz?
-"Xalxın uşağına". O qədər o psixologiya ilə böyümüş nəsil var ki, günü bugün həmin uşaqlar yetişkin insan olublar,amma hələ də özlərini başqası ilə müqayisə edirlər. Onun filanı var,mənim yoxdu,onda olan hər nəsə gözəldi,məndə pisdi və s. Belə etməklə o Xalxın uşağının sayı onlarla ola bilər. Burda heç bir inkişafdan söhbət gedə bilməz. İnsan özünü və ya kimi isə başqası ilə müqayisə etməli deyil. Müqayisə edilən şəxs öz keçmişi ilə müqayisə edilməlidir.
- Xarakter olaraq necə birisiniz?
-Tələbkar və səbrsiz. Və hər ikisi də həddindən artıqdır. İnsan həyatda hər şeyin ölçüsünü bilməlidir. Sevginin də, nifrətində, məhəbbətində, hörmətində və bütün bu kimi bütün hisslərin. İnsanlıq halıdır yəqin ki, bəzən bəzi hisslərin ölçüsü dəyişir. Məni hazırda tək narahat edən səbrsizliyimdi, onu düzəltməyi ölçüsünü azaltmağı çox istəyərəm.
- Ailelisinizmi?
-Bəli. 4 yaşında Ahu adında qızım da var.
- Ahu.Maraqlı addır.Adını siz seçmisiz?
- Əslində adların insan həyatına təsirinə çox inanam biriyəm. Amma qızımın adını seçəndə mənim öncəliyim qısa ad olması idi ki, Turanəni tutu, Nargiləni Narış, Sədaqəti Sədi, Gülnarı Gülü edənlər uşağın adını dəyişməsinlər. Amma Ahu-gözəl gözlü mənasına gəlir deyə atası ilə məsləhətləşdik, çox ürəyimizcə oldu.
-Adların insan həyatına təsirinə inanırsınızsa, bəs, Sevil adının sizin həyatına təsiri necədir?
- Sevil sözünü feil olaraq düşünsək, çox şükür sevildiyimi bilirəm və hər gün bunu görürəm. Amma mənim adımı baba deyə xitab etdiyim əmim C.Cabbarlının "Sevil" əsərinə nəzərən seçibdi. Və həmin əsərdəki Sevil kimi hər dəyişkənliyi ilk mən qəbul etmişəm. Məsələn, watsapp platforması yeni olan zamanlar mən istifadə edəndə “vay, Sevil sosial şəbəkədədir”, instagram yeni olanda “Sevil sosial şəbəkəyə şəkil yükləyir” deyə qınayan həmin şəxslər mən sizə müsahibə verib bitirənə kimi 3-4 post paylaşacaqlar. İlk sən edəndə qınaq obyekti olan zaman səni qınayanlar sonradan necə etdiyini soruşurlar.
- Oxuculara nə məsləhət görürsünüz?
- Əgər çarəsizsəniz, çarə sizsiniz.
- Mən bu işi secerken ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ən böyük təşəkkürüm təbii ki, atama, anamadır. Mənim valideynlərim həqiqətən başqadır, çox başqadır. Bəlkə, bir gün…. Amma bu işi seçərkən ağlıma gəlməzdiki ən böyük təşəkkürüm həyatda mənə pislik edənlərə olar. Amma unutmasınlar mən dağa dünya məni görsün deyə qalxmıram, mən dağa mən dünyanı görüm deyə qalxıram!
Əlaqə nömrəsi: (051) 500 40 57
Facebook:Sevil Ruhi Məmmədova İnstagram: sevil ruhi
Youtube kanalı: Sevil Ruhi















