Rezident-onkoloq Dr. Gülnar Nəbiyeva: "Faktlar miflərə qalib gəlir!"
Bir qayda olaraq, ən çox yayılmış xəstəliklər miflərin qalın pərdəsi ilə örtülmüş olur. Buna görə də onkopatologiya ətrafında çoxlu yanlış təsəvvürlərin və qərəzlərin olması təəccüblü deyil.
"Xərçəng" bədənin hər hansı bir hissəsində inkişaf edə bilən şiş proseslərinin böyük bir qrupunu təyin edən bir termindir. Bu cür müxtəliflik yalnız anlaşılmazlıq yaradır.
Ümid edirik ki, bu məqalə vasitəsi ilə, ən məşhur miflərdən bəzilərini üzə çıxaracağıq və bu geniş xəstəlik qrupu ilə bağlı əsas məqamları aydınlaşdıracağıq.
1. Xərçəng xəstəliyi ölüm hökmüdür
Xeyr, bu diaqnoz ölüm hökmünə bərabər deyil.
Xərçəng növündən asılı olaraq sağ qalma nisbətlərinin əhəmiyyətli dərəcədə dəyişdiyini də qeyd etmək vacibdir. Məsələn, testis xərçəngi üçün sağ qalma nisbəti 99%-ə çatır, mədəaltı vəzi xərçəngi üçün isə bu rəqəm 1%-i keçmir.
Ümumilikdə, xərçənglə əlaqəli ölüm nisbətləri tədricən azalır, ancaq nəzərə almaq lazımdır ki, bəzi xərçəng növləri digərlərindən daha sürətli sağalır.
2. Xərçəng yoluxucu xəstəlikdir
Bu bir mifdir. Xərçəng yoluxucu deyil və xərçəng xəstələri xəstəliyi başqalarına yaymır.
Problem tamamilə fərqlidir: bəzi cinsi yolla ötürülən infeksiyalar, o cümlədən insan papillomavirusu, hepatit B və C uşaqlıq boynu və qaraciyər xərçənginə səbəb ola bilər. Bu hallarda biz onkogen virusla qarşılaşırıq, lakin xərçəngin özü yoluxucu deyil.
3. Mobil telefonlar xərçəngin yaranmasına səbəb olur
Onkoloji prosesin başlaması və inkişafı riski yalnız radiasiyanın ionlaşdırıcı formalarına, məsələn, sərt rentgen şüalarına məruz qaldıqda artır. Radiotezlik radiasiyası elektromaqnit spektrinin ionlaşdırıcı hissəsinə aid deyil və xərçəng riskini artıran amil deyil.
Milli Xərçəng İnstitutunun məlumatına görə, “...bir çox tədqiqat radarlardan, mikrodalğalı sobalardan, mobil telefonlardan və digər oxşar cihazlardan gələn ionlaşdırıcı olmayan şüalanmanın potensial zərərli təsirlərinə həsr edilmişdir; lakin hazırda qeyri-ionlaşdırıcı şüalanmanın insanlarda xərçəng riskini artırdığına dair etibarlı sübut yoxdur”.
4. Cərrahi əməliyyat onkoji xəstəliklərinin residiv inkişafını sürətləndirir
Amerika Xərçəng Cəmiyyətinin məlumatlarına əsaslanaraq: "Cərrahi alətlərin təkmilləşdirilməsi və getdikcə daha ətraflı vizual diaqnostika metodları, residivlərin inkişaf riskini çox aşağı salıb."
5. Xərçəng irsi olaraq keçir
Bəzi xərçəng növlərinin həqiqətən ailə tarixi ilə əlaqəli olmasına və eyni ailə daxilində irsi ola bilməsinə baxmayaraq, bu cür hallar qeydə alınan xərçəng patologiyalarının ümumi həcmində kiçik bir faiz təşkil edir. Müasir hesablamalara əsasən, yalnız 3-10% hallarda xərçəngin yaranmasına valideynlərdən miras qalmış genetik mutasiyalar səbəb olur.
Əksər hallarda şiş prosesinin başlamasına genlərdə spontan mutasiyalar və onların zamanla toplanması səbəb olur.
6. Xərçəng həmişə geri qayıdır
Xoşbəxtlikdən hamımız üçün bu ifadə bir mifdir və tamamilə həqiqətə uyğun deyil. Müasir terapevtik strategiyalar xərçəngin 100% sağalma qabiliyyətinə doğru daim təkmilləşdirilir.
Yaxın gələcəkdə onkologiyada bu gün müşahidə olunan elmi-texniki tərəqqi, eləcə də əhalinin xərçəng riskləri və erkən diaqnostika imkanları haqqında məlumatlılığının artması nəzərə alınmaqla, xərçəngin həmişə geri qayıtması ilə bağlı bəyanat nəhayət ki, köhnəlmiş bir mifə çevriləcəkdir”.
Instagram : Dr.nabiyeva_gulnar
[email protected]













