"CEO Award Azerbaijan" müsabiqəsi keçiriləcək

"Caspian Energy Club" şirkəti İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Kiçik və Orta Biznesin İnkişafı Agentliy (KOBİA) və "Times Consulting" şirkətinin tərəfdaşlığı ilə ikinci "CEO Award Azerbaijan" milli müsabiqəsinə start verir.
AZPROMO-dan bildirilib ki, "CEO Award Azerbaijan" milli müsabiqəsinin qalibləri 14 fevral – 5 mart tarixləri arasında müstəqil beynəlxalq platformada keçiriləcək onlayn səsvermə nəticəsində müəyyənləşdiriləcək. Səsvermənin nəticələri martın 10-da açıqlanacaq.
Müsabiqədə Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlərin top-menecerləri iştirak edə bilərlər. Müsabiqəyə qatılmaq istəyənlər www.ceo.award.az saytında qeydiyyatdan keçə bilərlər.