Stilist-vizajist Gülşən Məmmədova: “Hər sima individualdır, onu qorumaq lazımdır”

Stilist-vizajist Gülşən Məmmədova: “Hər sima individualdır, onu qorumaq lazımdır”

– Gülşən xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

– Mən on il Sankt-Peterburqda yaşamışam. 2000-ci ildən etibarən bu sahəyə marağım yarandı. Ən çox da saç kəsimlərinə meyliç var idi. Altı ay kurs keçdim və bu işin incəliklərini öyrəndim. Daha sonra bir neçə kurs bitirdim. Beləliklə, bu sahədə özümü tapdım.

– Artıq neçə ildir ki, bu səhədəsiniz?

– Demək olar ki, iyirmi ildir bu sahədə fəaliyyət göstərirəm.

– Bu illər ərzində nə müşahidə etdiniz?

– Bir çox yenilikər oldu. İndi də var. Mən də hər zaman o yenilikləri təqib və tətbiq etməyə çalışıram.

– İş prinsipiniz nədən ibarətdir?

– Mən bacardığım qədər xanımların üz cizgilərini qoruyub saxlamağa çalışıram. Təbiiliyə üstünlük verirəm.

– Son dövrlərdə sizin sahəyə daha çox maraq var. Xanımlar bu sahəni öyrənməyə daha çox can atırlar. Bu, nə ilə əlaqədardır?

– Bu, sevindirici bir haldır. Amma istərdim ki, xanımlar bu işi həvəslə və mükəmməl öyrənsinlər, sonra işə başlasınlar. Bu sahəyə pul mənbəyi kimi baxmasınlar.

– Tələbələriniz varmı?

– Bəli, tələbələrim var. Bacardığım qədər bu sənətin sirlərini onlara da öyrədirəm.

– Master-klasslar təşkil edirsinizmi?

– Hələ ki, özümü buna hazır görmürəm. Amm özüm seminarlarda tez-tez iştirak edirəm.

– Bu sahədə sizi narahat edən məsələ nədir?

– Xanımların bir-birinə bənzəmək istəməklərindən narahat oluram. Axı hər bir sima individualdır və hər simanın da özünəməxsus gözəlliyi var. Onu qorumaq lazımdır.

– Son zamanlarda daha çox hansı saç düzümü daha çox dəbdədir?

– Daha çox sadə düzüm dəbdədir. Bu hal məni çox sevindirir.

– Xarakter olaraq necə birisiniz?

– Mən hər zaman olduğum kimiyəm. Dəyişkən deyiləm. Səmimiyəm.

– Bu səmimilikdən sui-istifadə edənlər olurmu?

– Bəzən olur.

– Ailəlisiniz?

– Bəli, ailəliyəm.

– Bu işlə ailə həyatı alınırmı?

– Alınır, yoldaşım hər zaman mənə dəstək olur.

– Xanımlarla işləməyin çətin tərəfi nədir?

– Xanımların müəyyən kaprizləri olur. Onlara göz yummaq məcburiyyətindəyik.

– Sizcə, bir xanımı daha da cazibədaf göstərən hansı üzvüdür?

– Məncə, dodaqlarıdır.

– Xanımlara nə məsləhət görürsünüz?

– Məsləhət görürəm ki, özlərinə bsxsınlar və hər zamam pozetiv olsunlar. Çünki pozetiv olanda, hər bir iş yaxşı gedir.

– Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri tamamlayın, zəhmət olmasa.

– Ağlıma gəlməzdi ki, bu sahə bu qədər maraqlı ola bilər.

Instagram: @makeup_gulshanmamedova

Stilist-vizajist Gülşən Məmmədova: "Hər sima individualdır, onu qorumaq lazımdır"
Stilist-vizajist Gülşən Məmmədova: "Hər sima individualdır, onu qorumaq lazımdır"
Stilist-vizajist Gülşən Məmmədova: "Hər sima individualdır, onu qorumaq lazımdır"
Stilist-vizajist Gülşən Məmmədova: "Hər sima individualdır, onu qorumaq lazımdır"
Stilist-vizajist Gülşən Məmmədova: "Hər sima individualdır, onu qorumaq lazımdır"
Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*