“Zərrə mənəm…” adlı dəyirmi masa

“Zərrə mənəm…” adlı dəyirmi masa

Bu gün, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxananın əməkdaşları 38 №-li tam orta məktəbdə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Zərrə mənəm…” adlı dəyirmi masa təşkil etdilər.

Kitabxananın metodisti İradə Hüseynova bildirdi ki, böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar kitabxanada silsilə tədbirlər həyata keçirilir. Məktəbin müəllimləri Şəmistan Cəfərova, Nəzakət Seyfəlova İ.Nəsiminin Azərbaycan ədəbiyyatında tutduğu yerdən danışdılar. Məktəb kitabxanasının müdiri Səbinə Abbasova il ərzində M.Ş.Vazeh adına Mərkəzi Kitabxana ilə əməkdaşlıqlarından söhbət açdı.

Şagirdlər Nəsiminin qəzəllərini səsləndirdilər.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*