Son zəng Zaqatalada da vuruldu

Son zəng Zaqatalada da vuruldu

Diaspor info saytının Şimal Qərb bölgə bürosu xəbər verir ki, respublikanın hər yerində olduğu kimi Zaqatalada da son zəng çalınıb.
Zaqatala şəhər Humanitar Fənlər Gimnaziyasında və Danaçı 1 saylı tam orta məktəbində olan müxbirimiz Məsumə müəllimənin də Əsəbəli müəllimin də təşkilatçılığının yüksək olduğunun şahidi olub.
Məzunlar musiqi sədaları altında estafeti birincilərə verərək hisslərinə hakim ola bilməsələr də, axan göz yaşları sevinc göz yaşları idi.
Bəli bu gündən məktəb illərinə son.
Artıq müstəqil həyat başlanır. Kimisi tələbəlik illərinə, kimisi hərbi xidmətə kimisi də, fərdi istehsalata yollanacaq.
Valideynlər isə övladlarına hər şeyin ən yaxşısını arzulayırlar.
YOLUNUZ AÇIQ OLSUN ƏZİZ MƏZUNLAR!

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*