Rektor BMT Modeli üzrə Milli Konfransda mükafatlandırılan BDU tələbələri ilə görüşüb

Rektor BMT Modeli üzrə Milli Konfransda mükafatlandırılan BDU tələbələri ilə görüşüb

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev III MilliMUN – BMT Modeli üzrə Milli Konfransda iştirak etmiş BDU tələbələri ilə görüşüb. Məqsədi gənclərə əsl diplomat təcrübəsini yaşamaq və BMT-nin simulyativ komitə iclaslarında dünyanın real problemlərinə həll yolları tapmaq imkanı verən tədbirdə gənc iştirakçılar BMT Təhlükəsizlik Şurası, BMT Baş Assambleyası, BMT Qadınlar Təşkilatı və BMT Ətraf Mühit Proqramının rəmzi komitələrində diplomatiya bacarıqlarını sınaqdan keçirmək imkanı qazanıblar. Onlar həmçinin qadın və kişi əməyinin bərabər ödənilməməsi məsələsini araşdırıb, rəqəmsal idarəçilik və vətəndaş iştirakına keçidin perspektivləri və tekstil sənayesinin ətraf mühitə təsirindən danışıblar.

Konfransın yekununda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin III kurs tələbələri Kənan Xəlilov “Ən yaxşı nümayəndə”, Jalə Rəfiyeva “Ən yaxşı nümayəndə heyəti”, Humay Məmmədova “Ən yaxşı debatçı”, Səlcuq Yusifli “Fəal iştiraka görə xüsusi mükafat”, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin II kurs tələbəsi Məryəm Xanbabazadə “Ən yaxşı mövqe sənədi”, IV kurs tələbəsi Rəna Bayramova “Fəal iştiraka görə xüsusi mükafat” nominasiyaları üzrə mükafatlandırılıblar. Azərbaycanda gənclərə göstərilən dövlət qayğısından, onların hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışan rektor Elçin Babayev mükafata layiq görülmüş tələbələri təbrik edib, yeni uğurlar arzulayıb. Fikir mübadiləsi şəraitində keçən görüşdə tələbələr, eyni zamanda, konfransda müzakirə edilən məsələlərlə bağlı suallara cavab verib, gələcək planlarından danışıblar.

Qeyd edək ki, adıçəkilən konfrans prezident İlham Əliyevin Azərbaycan Respublikası hökuməti ilə BMT-nin İnkişaf Proqramı əsasında “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması haqqında” layihə əsasında baş tutub.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*