Rəhman Nəsirli müsabiqə yolu ilə ADU-da qəbul olub

Rəhman Nəsirli müsabiqə yolu ilə ADU-da qəbul olub

287 nömrəli “Zəkalar” liseyinin məzunu Rəhman Nəsirli müsabiqə yolu ilə qəbul olunaraq Azərbaycan Dillər Universitetini seçib.

Coğrafiya fənni üzrə Republika Fənn Olimpiyadasının final turunu keçdikdən sonra olimpiyadada gümüş medal qazanan R.Nəsirli bununla da təhsil almaq istədiyi ali təhsil müəssisələrini imtahan vermədən seçmək şansı əldə edib.

Olimpiyadada qalib gələcəyinə inamı olmayan R.Nəsirli digər abituriyentlərdən əvvəl imtahan vermədən universitetə qəbul olmağın qəribə hisslər yaşatdığını deyib. Rəhman Nəsirli Norveç Krallığına olan marağı və müəllimlərinin də tövsiyəsi ilə artıq Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin Skandinaviyaşünaslıq ixtisası üzrə I kurs tələbəsidir.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*