Ölkə ərazisində hava şəraitinin yağıntılı olacağı proqnozlaşdırılır

Ölkə ərazisində hava şəraitinin yağıntılı olacağı proqnozlaşdırılır

Ölkə ərazisində oktyabrın 6-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək. Havanın temperaturunun gecə 13-15°, gündüz 16-18° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan yüksək – 769 millimetr civə sütunundan 775 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz isə əksər bölgələrdə havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 14-17°, gündüz 18-22° isti, dağlarda gecə 4-7°, gündüz 7-11° isti olacağı bildirilir.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*