“Nəsimi ili” ilə əlaqədar növbəti tədbir

“Nəsimi ili” ilə əlaqədar növbəti tədbir

Bu gün, martın 13-də Bakı şəhər Mədəniyyət Baş İdarəsinin M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanası Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili” ilə əlaqədar Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnazyasında tədbir təşkil etdi.

Tədbiri Mərkəzi Kitabxanaın əməkdaşı İradə Hüseynova açaraq, İmadəddin Nəsiminin Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadlarından biri olduğundan danışdı.

Sonra 8-ci və 9-cu sinif şagirdləri Əliulla Vəliyev, Fidan Namazova, Almaz Həsənzadə, Məhəmməd Salmanzadə, Rufiz Quluzadə, Fidan Tahirova, Zeynəb Cəbrayılova və Ayla Qafqazlı Nəsiminin həyatından bəhs edən səhnəcik numayiş etdirdilər, şairin qəzəllərindən parçalar ifa etdilər.

Sonda M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxananın əməkdaşlarının şairin kitablarından ibarət hazırladıqları sərgi və “Nəsimi ili” stendinə baxış kecirildi, “Nəsimi” filmindən fraqmentlər numayiş olundu

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*