“Nəsimi ili” ilə əlaqədar növbəti tədbir keçirilib

“Nəsimi ili” ilə əlaqədar növbəti tədbir keçirilib

2018-ci il noyabr ayının 15-də isə Azərbaycan Respublikasının Prezidenti “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncam Azərbaycan mədəniyyətinin, zəngin tarixi-mədəni irsin təbliğinə çox böyük töhfədir. Onu da qeyd edək ki, 2019-cu il 11 yanvar tarixli Sərəncamla 2019-cu il Azərbaycanda “Nəsimi ili” elan olunub. Yasamal rayon MKS-ində “Nəsimi ilə” bağlı müxtəlif səpkili silsilə tədbirlər keçirilməkdədir.

15 avqust tarixində Yasamal rayon MKS-inin Mərkəzi Kitabxanası “Nəsimi ili” ilə əlaqədar olaraq açıq havada sərgi və söhbət təşkil etmişdir. Sərgidə “Nəsimi ili” ilə əlaqədar foto stend, İmadəddin Nəsiminin seçilmiş əsərləri və görkəmli şair haqqında kitablar, qəzet və jurnal nəşrləri nümayiş edilmişdir.

Mərkəzi Kitabxananın böyük metodisti İradə Hüseynova çıxışında bildirdi ki, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi klassik Azərbaycan poeziyasında öz yaradıcılıq yolu ilə seçilən, anadilli poeziyamızın inkişafında müstəsna xidmətləri olan söz ustadıdır.

Söhbətdə Yaşar Abdullayev, Elnarə Həsənova çıxışlarında vurğuladılar ki, Nəsimi Azərbaycan ədəbi dilinin inkişafına çox əhəmiyyətli təsir göstərib, onu leksika, bədii ifadə vasitələri ilə zənginləşdirib. Nəsimi poeziyasının ideya-bədii xüsusiyyətləri onun davamçısı olan şairlərin yaradıcılığında aydın duyulmaqdadır. Daha sonra söhbətdə iştirak edən Sona Abdullayeva və Çimnaz Qurbanovaya Mərkəzi Kitabxana tərəfindən kitab hədiyyələri təqdim olunub.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*