“Nəsimi ili” çərçivəsində Ədəbiyyat Muzeyində növbəti tədbi

“Nəsimi ili” çərçivəsində Ədəbiyyat Muzeyində növbəti tədbi

Bu gün, mayın 17-də Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşları, Azərbaycan xalqının qüdrətli söz ustalarından biri olan böyük Nəsiminin 650-illik yubileyi çərçivəsində keçirilən “Nəsimi ili” ilə əlaqədar olaraq, 225 №-li tam orta məktəbin 8c sinif şagirdlərilə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə ekskursiya təşkil etdi.

Şagirdlər muzeydə dahi şairə həsr olunmuş eksponatlarla yaxından tanış olaraq, onları maraqlandıran suallara dolgun cavablar aldılar.

Sonda şagirdlər Azərbaycanın dahi şairləri Nizami, Füzuli, Məshəti Gəncəvi, Natavan və başqa görkəmli şair və yazıçılar haqqında maraqlı məlumatlar əldə etdilər.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*