Mərkəzi Kitabxana “Hüseyn İbrahimov – 100” adlı tədbir keçirdi

Mərkəzi Kitabxana “Hüseyn İbrahimov – 100” adlı tədbir keçirdi

Oktyabrın 9-da Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında Azərbaycan nəsrinin inkişafında böyük xidmətlər göstərən xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyi ilə əlaqədar tədbir keçirildi.

Tədbirdə 53 №li tam orta məktəbin müəllimi İradə Qurbanova, həmin məktəbin uşaq birliyinin rəhbəri Təranə Şahverdiyeva və məktəblilər iştirak edirdi.

Tədbirdə çıxış edən Metodika və biblioqrafiya şöbəsinin böyük metodisti İradə Hüseynova tədbirin Prezident İlham Əliyevin “Hüseyn İbrahimovun 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən keçirildiyini qeyd etdi və bildirdi ki, görkəmli yazıçının yaradıcılığı yüksək qiymətləndirilmiş, onun ədəbi mühitin formalaşmasında xidmətləri layiqincə dəyərləndirilmişdir.

Metodika və biblioqrafiya şöbəsinin müdiri Aysel İsmayılova Hüseyn İbrahimovun həyat və yaradıcılığı və yazıçının AYB-nin Naxçıvan bölməsində əvəzsiz xidmətləri haqqında danışıb.

53 №li tam orta məktəbin 6-cı sinif şagirdləri Nərmin Mirzəyeva, Aylin Hüseynova, Əli Xalıqlı, Həcər Axundova, Uğur əsgərov yazıçının povest və hekayələrindən parçalar söylədilər.

Xalq yazıçısı Hüseyn İbrahimova həsr olunmuş videoçarx nümayiş olundu. Mərkəzi Kitabxanada təşkil olunan “Hüseyn İbrahimov – 100” adlı sərgiyə baxış keçirildi.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*