Kitabxanada Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili” ilə əlaqədar ilk pleykast hazırlandı

Kitabxanada Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili” ilə əlaqədar ilk pleykast hazırlandı

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi və “Nəsimi ili” ilə əlaqədar kitabxana tarixində ilk dəfə olaraq pleykast hazırlanmışdır.

Pleykasta İmadəddin Nəsiminin fotoşəkli, şairin kitabı, üzərində fotoşəkli olan xalça, 600 illik yubileyi ilə əlaqədar buraxılmış poçt markası, Bakı şəhərində ucaldılan heykəli, şairin Hələbdəki (Suriya) məzarı və Nəsimi metro stansiyasının kollajının fonunda 17 aktiv nöqtə yerləşdirilmişdir.

Burada “Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamları, Nəsimi haqqında Azərbaycan və rus dillərində məlumat, Nəsimi yaradıcılığı haqqında, böyük şair-mütəfəkkirin həyatı haqqında 10 maraqlı fakt, “Nəsimi” kinofilmi, nəsimişünas S.Şıxıyevanın araşdırmaları, Kamran Yunisin səsləndirməsində Nəsiminin “Hardasan” qəzəli və s. verilmişdir. Pleykast http://www.playcast.ru/view/11616761/29f9bb3fd02c73ee8155194d95ead407adf4a45fpl linkdə yerləşdirilmişdir.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*