İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsinin seçim – tur mərhələsi keçirildi

İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsinin seçim – tur mərhələsi keçirildi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə 10 oktyabr 2019-cu il tarixində Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsinin seçim – tur mərhələsini keçirdi.

Mərkəzi Kitabxananın Metodika və biblioqrafiya şöbəsinin müdiri Aysel İsmayılova, böyük metodist İradə Hüseynova və Uşaq şöbəsinin müdiri Sevil Namazova, 173 №li tam orta məktəbin kitabxana müdiri Validə Muradova münsiflər heyətini təmsil edərək, şagirdlərin ifalarını 10 ballıq sistemlə qiymətləndirdilər. İştirakçıların çıxışları əsərlərin mətni, ifadə tərzlərinin obrazlılığı, mətnlərin dərindən dərk edilməsinə görə dəyərləndirilib. Nailə Mustafayeva, Nisə Məmmədova, Dilavər Məmmədova, Aişə Bağırzadə, Fatimə Kazımlı, Fatimə Təhməzova fərqlənərək növbəti tur üçün seçildilər.

Müsabiqənin keçirilməsinin məqsədi uşaqlar arasında mütaliənin təbliği, mütaliə-bilik dairəsinin genişləndirilməsi və vərdişlərinin inkişaf etdirilməsi, kitabxanalara ictimai marağın artırılması, istedadlı uşaqların aşkarlanmasıdır.

 

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*