İlahiyyat İnstitutu tərəfindən kitablar hədiyyə olundu

İlahiyyat İnstitutu tərəfindən kitablar hədiyyə olundu

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə Azərbaycan İlahiyyat İnstitutu tərəfindən xeyli sayda qəzet və “Din araşdırmaları jurnalı” və ”İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun materialları Tezislər) hədiyyə edildi.

Baş redaktoru Ceyhun Məmmədov, elmi redaktoru Aqil Şirinov olan tezis və jurnal “Nurlar” nəşriyyat-poliqrafiya mərkəzində nəşr olunmuşdur. Məqalələr üç – Azərbaycan, türk və ingilis dillərində verilmişdir.

“Din araşdırmaları jurnalı”nda Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaşlıq kafedrasının baş müəllimi Asəf Qənbərov, prorektor, Dinşünaslıq kafedrasının müəllimi Aqil Şirinov, dosent Şahin Əhmədoğlu, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu Təhsil şöbəsinin müdiri Rüfət Şirinov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azəri-Türk Qadınlar, Azərbaycan-Türkiyə Evi İctimai birliklərinin sədri Tənzilə Rüstəmxanlı, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmər Cavadlı və magistrların məqalələri dərc edilmişdir.

”İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun materialları (Tezislər) toplusu Qafqazda İslam sivilizasiyasının elm, incəsənət,musiqi, memarlıq, təsəvvüf kimi zəngin mirasının müxtəlif aspektlərini özündə əks etdirir. Qafqazda İslam sivilizasiyasının araşdırılmasına həsr edilmiş bu Beynəlxalq Simpozium ondördəsrlik mədəni mirasın yenidən hərtərəfli tədqiqi istiqamətində mühüm bir töhfədir.

“İlahiyyatçı” qəzetində ulu öndər Heydər Əliyevin təhsilə göstərdiyi qayğıdan, İlham Əliyevin siyasi fəaliyyətindən, yazarlarla görüşdən, tələbələrin şəhid ailəsini ziyarət etməyindən bəhs edilmiş və dünya ədəbiyyatından seçmə şeirlər yer almışdır.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*