“Gənclik illəri” kitabının təqdimatı keçirildi

“Gənclik illəri” kitabının təqdimatı keçirildi

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin X.B.Natəvan adına 4 №-li kitabxana filialında fəaliyyət göstərən Səməd Vurğun Poeziya Ocağı və Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək İctimai Birliyi ilə birlikdə alim, şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Rəhilə Teymurovanın “Gənclik illəri” kitabının təqdimatı keçirildi.

Tədbiri Səməd Vurğun Poeziya Ocağının rəhbəri, filialın əməkdaşı, Prezident təqaüdçüsü, şair-publisist Zərəngiz Mansurova (Dəmirçi Qayalı) açaraq, müəllif haqqında məlumat verdi. Dünya Azərbaycanlılarının Həmrəyliyi İctimai Birliyinin rəhbəri Tofiq Əlizadə kitabın “Şahdağ Xeyriyyə İctimai Birliyi”nin Azərbaycan Respublikasının Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Gənclərin formalaşmasında müasir təhsil sisteminin rolu” layihəsi çərçivəsində ərsəyə gəldiyini, kitabın əsasən, orta və ali məktəblərdə tədrisinin vacib olduğunu söylədi.

Tədbirdə çıxış edənlər kitabın gənc nəslin tərbiyəsində böyük əhəmiyyət daşıyacağını xatırladaraq, onu dərs vəsaiti kimi istifadə etməyin vacib olduğunu diqqətə çatdırdılar. Kitabxana filialın müdiri Turanə Əmirova yeni nəşri kitabxanaya təqdim etdiyi üçün müəllifə təşəkkürünü bildirdi. Sonda müəllif sayca on birinci olan nəşrin yazılma səsbəbindən danışdı, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür etdi.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*