“Dünya – uşaqların dünyasıdır” adlı tədbir

“Dünya – uşaqların dünyasıdır” adlı tədbir

Bugün, 11 sentyabr tarixində Yasamal rayon M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Yasamal rayon ərazisində yerləşən “ASA baby world” uşaq bağçasında “Dünya- uşaqların dünyasıdır” adlı tədbir keçirdi.

Uşaq şöbəsinin müdiri Sevil Namazova və kitabxananın böyük metodisti İradə Hüseynova uşaqlarla birgə məntiqi və əyləncəli oyunlar keçirdilər.

Tədbirin keçirilməsində məqsəd uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların maarifləndirilməsi, dünyagörüşlərinin və kitaba maraqlarının artırılmasıdır.

Kitabxana əməkdaşı İradə Hüseynova tərəfindən “ASA baby world” uşaq bağçasının müdirəsi Gülnarə Məmmədliyə kitab hədiyyə olundu.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*