“Biz sülh istəyirik” mövzusunda rəsm saatı

“Biz sülh istəyirik” mövzusunda rəsm saatı

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq 21 avqust -21 sentyabr tarixlərində “Sülh aylığı” keçirilir. Bu gün, 2 sentyabr tarixində Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Sülh aylığı” çərçivəsində “rəsm saat”ı keçirdi.

İlk olaraq metodika və biblioqrafiya şöbəsinin böyük metodisti İradə Hüseynova 21 sentyabr “Beynəlxalq Sülh günü” haqqında məlumat verdi. “Biz sülh istəyirik” mövzusunda keçirilən “rəsm saat”ında müxtəlif yaş qruplarında olan uşaqlar iştirak etdi. Şöbə müdiri Aysel İsmayılova və Mərkəzi Kitabxananın digər əməkdaşları uşaqlara rəsm çəkməkdə köməklik göstərirdi. Natiq Cəfərov, Xədicə Rzayeva, Nuray Cəfərova, Aylin Rzaquliyeva, Nizami və Elxan İbrahimovlar çəkdikləri rəsmlərdə sülhün qorunmasını, səmamızın həmişə aydın və təmiz olmasını, dünyanın bütün xalqlarının əmin-amanlıq şəraitində yaşamasını əks etdirmişdilər.

Elxan İbrahimov və Xədicə Rzayevaya fərqləndiklərinə görə kitab hədiyyələri təqdim olundu.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*