Binəqədidə 16 – ci qrup ASAN könüllüləri ilə görüş keçirilib.

Binəqədidə 16 – ci qrup ASAN könüllüləri ilə görüş keçirilib.

17 aprel 2019-cu il tarixində Binəqədi rayon İcra Hakimiyyətində təcrübə keçən 16 – ci qrup ASAN könüllüləri ilə görüş keçirilib.

Görüşdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, BRİH başçısının müavini Aygün Əliyeva,İctimai-siyasi və humanitar məsələlərlə iş şöbəsinin müdiri Nicat Allahverdiyev və 16-ci qrup ASAN könüllüləri iştirak ediblər.

Görüşü açıq elan edən Elxan Allahverdiyev gəncləri salamlayıb və onlara könüllük peşəsini şərəflə, əzmlə icra etmələri münasibətilə təbrik edib. Natiq Son illərdə ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi Respublikamızda könüllülük fəaliyyəti geniş vüsat aldığını, ölkəmizdə gənclər arasında könüllülük fəaliyyətinin artıq ənənəyə çevrildiyini bildirdi. E.Allahverdiyev Respublikamızın ev sahibliyi etdiyimiz irimiqyaslı tədbirlərdə könüllü fəaliyyət göstərən gənclərimiz böyük uğura imza atmalarının ölkə başçısı cənab İlham Əliyevin könüllülərin fəaliyyətinə verdiyi yüksək qiymətin bariz nümünəsiolduğunu bildirdi.

Daha sonra gənclər öz təəssüratlarını bölüşərək şöbələrdə öyrəndikləri işlər haqqında ətraflı məlumat verdilər.

Sonda könüllülərlə xatirə şəkli çəkildi

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*