“Beynəlxalq Müəllimlər Günü” ilə əlaqədar tədbir

“Beynəlxalq Müəllimlər Günü” ilə əlaqədar tədbir

Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası 53 №-li tam orta məktəbdə 8”b” sinifi ilə birlikdə “Beynəlxalq Müəllimlər Günü” ilə əlaqədar tədbir keçirdi.

Tədbiri giriş sözü ilə kitabxananın böyük metodisti İradə Hüseynova açdı. O bildirdi ki, müəllim gəncləri xalqın, vətənin gələcəyi üçün hazırlayan vətənpərvər insandır, onun insan həyatında rolu əvəzssizdir. Təlim-tərbiyə işləri üzrə direktor müavini Lalə Nəsirova müəllimin gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxs olduğunu söylədi.

Tədbirdə şagirdlər – Oruc Aslanov, Fatimə Əliyeva, Asiman Ağaşirinov, Nəzrin Namazəliyeva və Cəbrayıl Mirzəyev “Beynəlxalq Müəllimlər Günü”nə həsr olunmuş şeir söylədilər.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*