BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

Bakı Dövlət Universitetində (BDU) bu ali təhsil müəssisəsinin həmyaşıdı olan Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanın ictimai-siyasi həyatında Bakı Dövlət Universitetinin Tarix fakültəsinin yeri və rolu” mövzusunda Respublika elmi konfransı keçirilib.

BDU-nun rektoru Elçin Babayev tədbiri giriş sözü ilə açaraq Tarix fakültəsinin yaranma tarixi və inkişaf mərhələlərindən, onun Azərbaycanın ictimai-siyasi həyatındakı rolundan bəhs edib. BDU-nun 100 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlərin davamı olaraq baş tutan bu konfransın əhəmiyyətini qeyd edən rektor onun işinə uğurlar arzulayıb.

Tarix fakültəsinin dekan əvəzi İbrahim Zeynalov konfransın təşkili və keçirilmə prosedurları barədə məlumat verib və “Bakı Dövlət Universitetinin təşəkkülü və Tarix fakültəsi” mövzusunda məruzə ilə çıxış edib.

Sonra Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov “Tarixi tədqiqatlarda dövlətçilik ideologiyası” mövzusunda məruzəsini təqdim edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) professoru, siyasi elmlər doktoru Elçin Əhmədov, DİA-nın Tarix kafedrasının müdiri Firdovsiyə Əhmədova və digər çıxış edənlər BDU-nun elm və təhsilimizin inkişafında müstəsna xidmətlərindən bəhs ediblər.

Konfrans işini “Azərbaycan xalqının milli sərvəti – Bakı Dövlət Universiteti”, “100 yaşlı Tarix fakültəsi”, “Tarixi araşdırmalar”, “Bakı Dövlət Universitetində yüksək ixtisaslı kadr hazırlığı”, “BDU və Tarix fakültəsi tələbələrin gözü ilə” adlı bölmələrdə davam etdirib.

Konfransa respublikanın müxtəlif ali təhsil və elmi müəssisələrindən, o cümlədən Türkiyə Cümhuriyyəti və Ukraynadan çoxsaylı tezislər daxil olub.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*