AzTU-da Tvininq layihəsi ilə bağlı növbəti seminar keçirilib

AzTU-da Tvininq layihəsi ilə bağlı növbəti seminar keçirilib

Martın 14-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində (AzTU) “Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək” mövzusunda Tvininq layihəsi növbəti seminarı keçirilib.

Seminarı giriş sözü ilə açan AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov qonaqları salamlayıb və Tvininq layihəsinin Azərbaycan təhsil sisteminin inkişafına verdiyi töhfələrdən danışıb. “Yeni akkreditasiya və keyfiyyətin qiymətləndirilməsi standartlarının hazırlanması” mövzusunda Tvinin layihəsində AzTU-nun ölkə üzrə 3 pilot ali təhsil müəssisəsindən biri seçilməsinə diqqət çəkən prorektor bildirib ki, Tvinninq layihələrinin tətbiqi ali təhsilin modernləşdirilməsi, müsbət beynəlxalq təcrübənin ölkəmizə gətirilməsi, müasir tədris texnologiyalarından istifadənin artırılması və bütövlükdə ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığının təkmilləşdirilməsi baxımından yeni imkanlar yaradır.

Təhsil Nazirliyinin məhsul əməkdaşı Tofiq Əhmədov, Tvininq layihəsinin kordinatoru Liza Baydanova, Litvanın İdarəetmə və İqtisadiyyat Universitetinin Kefiyyət Təminatı Mərkəzinin direktoru Yolita Butkiene və Latviyanın Akademik Məlumat Mərkəzinin eksperti Asnate Kazoka seminarda çıxış edərək hazırda icra olunan Tvinninq layihəsi üzrə seçilən ixtisaslardan danışıblar.

Seminarda AzTU ilə yanaşı Bakı Dövlət Universiteti (BDU), Bakı Mühəndislik Universiteti (BMU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Sumqayıt Dövlət Universitetinin nümayəndələri də iştirak ediblər.

AzTU-da Tvininq layihəsi ilə bağlı növbəti seminar keçirilib
AzTU-da Tvininq layihəsi ilə bağlı növbəti seminar keçirilib
AzTU-da Tvininq layihəsi ilə bağlı növbəti seminar keçirilib
AzTU-da Tvininq layihəsi ilə bağlı növbəti seminar keçirilib
Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*