AzTU Cənubi Koreya universitetləri ilə əməkdaşlıq edəcək

AzTU Cənubi Koreya universitetləri ilə əməkdaşlıq edəcək

Cənubi Koreyanın İnha Universitetinin Beynəlxalq əlaqələr üzrə dekanı, Dil Hazırlıq Mərkəzinin direktoru, professor Kim Junq Ho və onun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub.

Qonaqları qəbul edən AzTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov universitetin tarixi, fakültələri, ixtisasları, beynəlxalq əlaqələri haqqında geniş məlumat verib. Prorektor, “AzTU-da Elektron Təhsil Sisteminin Yaradılması” layihəsinin Cənubi Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) tərəfindən hazırlandığını və bu layihənin universitetdə təhsil prosesini təkmilləşdirdiyini xüsusi vurğulayaraq, Cənubi Koreyanın ali təhsil müəssisələri, o cümlədən İnha Universiteti ilə də əməkdaşlıqdan məmnun olduğunu bildirib.

Professor Kim Junq Ho Cənubi Koreyalı mütəxəssislərin ölkəmizdə gedən inkişafı yaxından izlədiklərini, bu inkişafın iki ölkəni daha da yaxınlaşdırdığını qeyd edib. Azərbaycanda yüksəkixtisaslı mühəndis kadrların yetişdirilməsi prosesində AzTU-nun önəminə diqqət çəkən qonaq, İnha Universiteti ilə Azərbaycan Texniki Universiteti arasında geniş əməkdaşlıq imkanlarının mövcudluğunu və bu əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Görüş zamanı müəllim-tələbə mübadiləsi, magistr hazırlığı üzrə ikili diplomların verilməsi şərtləri müzakirə edilərək ilkin razılıq əldə edilib. Qeyd olunub ki, pilot olaraq bir neçə ixtisas üzrə ikili diplomların verilməsi və tədris prosesinin uyğunlaşdırılması gələcəkdə inteqrasiyanı daha da sürətləndirəcək.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*