“ASA baby world” uşaq bağçasında “ Nağıllar aləmində” adlı nağıl saatı

“ASA baby world” uşaq bağçasında “ Nağıllar aləmində” adlı nağıl saatı

7 oktyabr tarixində Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi “ASA baby world” uşaq bağçasında “ Nağıllar aləmində” adlı nağıl saatı keçirdi.

Nağıl saatında uşaq şöbəsinin müdiri Sevil Namazova və böyük metodist İradə Hüseynova iştirak edirdi.İ.Hüseynova çıxışında uşaqların dünyagörüşünün formalaşmasında mütaliənin mühüm yer tutduğunu bildirdi. Uşaqlara müxtəlif nağıl qəhrəmanları haqqında məlumat verdi.

S.Namazova uşaqlara “Meşədə heyvanların söhbəti” nağılını söylədi. Daha sonra kukla tamaşaları nümayiş olundu. Göstərilən tamaşa uşaqların marağına səbəb oldu.

Bağçanın müdiri Gülnarə Məmmədli qarşılıqlı əməkdaşlığa görə kitabxana kollektivinə təşəkkürünü bildirdi.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*