ADU-nun professoru Azad Məmmədovun kitabı haqqında yüksək reytinqli jurnallarda iki rəy çap olunub

ADU-nun professoru Azad Məmmədovun kitabı haqqında yüksək reytinqli jurnallarda iki rəy çap olunub

Azərbaycan Dillər Universitetinin (ADU) Ümumi dilçilik kafedrasının müdiri, professor Azad Məmmədovun “Mətn və diskurs tədqiqatları” (Studies in Text and Discourse) adlı kitabı haqqında İngiltərədə nəşr olunan “Discourse Studies” və Hollandiyada nəşr olunan “Journal of Language and Politics” jurnallarında rəylər dərc olunub. “Discourse Studies” jurnalındakı rəyin müəllifi Yeni Zelandiyadakı Viktoriya Universitetinin əməkdaşı Lauren Whitty,“Journal of Language and Politics” jurnalındakı rəyin müəllifi isə Çinin Jilin Universitetinin əməkdaşı Yunhua Xiangdır.

Rəylərdə professor Azad Məmmədovun kitabının əsas məqsədinin dilçilik və ingilis dili müəllimliyi proqramları üzrə təhsil alan tələbələri mətn və diskurs tədqiqatları ilə tanış etməkdən ibarət olduğu bildirilir. Qeyd olunur ki, nəzəriyyələrə əsaslanaraq Azad Məmmədov oxucuları əvəllər aparılmış tədqiqatlar və bu tədqiqatların hazırda diskursun başa düşülməsinə töhfəsi ilə tanış edir. Kitabın dörd hissədən ibarət olduğu və hər bir hissədə yarım hissələrin sistemli şəkildə yer aldığı qeyd edilir. Hər iki rəydə kitabın məziyyətləri haqqında təfsilatı ilə məlumat verilir.

Qeyd edək ki, Böyük Britaniyanın “Cambridge Scholars Publishing” nəşriyyatında 2018-ci ildə çap olunan kitab ön söz və 4 fəsildən ibarətdir. Fəsillərdə Mətn və diskurs linqvistik tədqiqatlar kontekstində (Text and Discourse in the Context of Linguistic Studies), Mətn dilçiliyindən diskurs təhlilinə doğru (From Text Linguistics to Discourse Analysis), Diskurs və cəmiyyət (Discourse and Society), Diskurs və representasiyalar (Discourse and Representations) mövzularından bəhs olunub. Hər fəsildə mövzunun izahından sonra şəkil və yazı materialları, icmal və mövzunun mənimsənilməsi üçün suallar verilib. Kitabın sonunda ad və məzmun göstəriciləri, eləcə də testlər yer alıb.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*