Açıq havada “Ucadan oxu”

Açıq havada “Ucadan oxu”

Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Uşaq şöbəsi 94 №-li Körpələr Evi–Uşaq Bağçasında açıq havada “Ucadan oxu” təşkil etdi.

Uşaq şöbəsinin müdiri Sevil Namazova balacalara Azərbaycan Xalq Nağılından “Bulud”, böyük metodist İradə Hüseynova isə Azərbaycan nağılları kitabından “Şəhərli oğlan” nağıllarını ucadan oxudular.

Tədbirdə uşaqlar nağıl obrazları haqqında verilən suallara maraqla cavab verdilər və sevimli nağıl qəhramanları haqqında öz fikilərini söylədilər.

Açıq havada təşkil olunmuş tədbir kiçikyaşlı uşaqlar tərəfindən böyük həvəslə qarşılandı.

 

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*