Açıq havada sərgi

Açıq havada sərgi

Bu gün, avqustun 7-də Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları açıq havada sərgi təşkil etdilər. Sərgidə Azərbaycan və dünya ədəbiyyatı nəşrləri nümayiş olundu. Müxtəlif yaş qrupundan olan oxucular sərgiyə baxış keçirdilər. Kitabxananın böyük metodisti İradə Hüseynova uşaqlara sərgidəki kitablardan hekayələr oxudu, sərginin mütaliənin təbliği məqsədilə təşkil edildiyini söylədi. Ərazidə yaşayan sakinlərə, Yasamal rayon Dövlət Yanğından Mühafizə Hissəsinin və 166 taksi xidmətinin əməkdaşlarına kitablar hədiyyə edildi.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*