A.A.Bakıxanovun 225 illiyinə həsr olunmuş tədbir

A.A.Bakıxanovun 225 illiyinə həsr olunmuş tədbir

Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzində “Abbasqulu Ağa Bakıxanov – 225” adlı tədbir keçirildi. Tədbirdə elm və mədəniyyət xadimləri, tanınmış tarixçilər, Bakıxanovlar nəslinin nümayəndələri, Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının əməkdaşları, tanınmış ziyalılar iştirak etmişdilər.

Tədbirdə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin müdiri, professor Şahin Fazil, Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyev, A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın yeni tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov, N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Gülər Əlibəyli, bəstəkar, professor Tofiq Bakıxanov, Buzovna qəsəbəsinin axundu, qazi Hacı Soltan Əlizadə, Xəzər rayon Yazıçılar bölməsinin sədri Hacı Arif Buzovnalı və b. çıxış etdilər.

A.A.Bakıxanovun ədəbi irsini ərəb, fars və türk dillərində olan mənbələr əsasında öyrənən tədqiqatçı-alim, N.Gəncəvi adına Ədəbiyyat Muzeyinin doktorantı Hədyə Zəhra Əhmədi də yubiley tədbirində iştirak etdi.

Tədbirdə Bakıxanovlar şəcərəsinin tədqiqatçısı Xəyalə Əyriçalmalı çıxış etdi. Tədqiqatçı çıxışında A.A.Bakıxanovun həyat və yaradıcılığından danışdı. O, Bakıxanovlar şəcərəsi və bu nəslin Bakı kəndlərində və digər şəhərlərdə məskunlaşan qolları haqqında məlumat verdi.

Tədbirin bədii hissəsində Azərbaycan Respublikasının Xalq artisti, professor Tofiq Bakıxanovun əsərləri, A.A.Bakıxanovun qəzəlləri səsləndirildi.

M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasında “Abbasqulu Ağa Bakıxanov 225” adlı kitab sərgisi də təşkil olunub.

 

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*