Uzman stomatoloq Pərviz Cəfərov: “Hər bir uşağın stomatoloqu olmalıdır”

Uzman stomatoloq Pərviz Cəfərov: “Hər bir uşağın stomatoloqu olmalıdır”

Pərviz həkim, ortodentiya nədir?

– Ortodentiya uşaq stomotologoyasının bir bölməsidir. Normal müdaxiləsi səkkiz yaşından on dörd yaşına qədər başlayır. Biz adətən on yaşından on dörd yaşa qədər müdaxilə edirik. Çünki hər bir fərdin çənəsinin üç inkişaf mərhələsi var. Çənə 6-7 yaşında bir, 8-9 yaşında iki, 11-12 yaşında isə üçüncülü inkişaf mərhələsi keçir. Heç kim deyə bilməz ki, ikinci mərhələni keçən çənə üçüncü mərhələdə necə inkişaf edəcək. Biz ikinci inkişaf mərhələsində pasientdə ortodentik qüsur görəndə onu nəzəratdə saxlayırıq. Müdaxilə etmirik. Yalnız üçüncü inkişaf mərhələsindən sonra müdaxiləyə başlayırıq. Ümumiyyətlə, üçüncü inkişaf mərhələsi başa çatmamış hər hansı bir müdaxilə yolverilməzdir. Çünki biz inkişafın necə getdiyini məhz üçüncü mərhələdən sonra bilirik.

– Bəs ortodentik qüsurların əmələ gəlməsinə hansı amillər səbəb olur?

– Bir çox səbəblər var. Məsələn, uşağın bələnməməsi, əmzik əmməsi, barmaq sovurması, əlini çənəsinin altına qoyub dərs oxuması və s. kimi faktorlar bu problemlərin yaranmasına səbəb ola bilər. Həmçinin genetik faktor da istisna deyil. Çünki valideynlərində sözügedən qüsur olan uşaqların da 60-70 faizində belə qüsurların olmaq ehtimalı var.

– Bu qüsurların ən ağır fasadı nə ola bilər?

– Ən ağır fəsadı şiddətli oynaq ağrıları və nitq qüsurunun yaranmasına qədər gedib çıxır.

– Bu növ xəstəliklərin müalicəsi hansı üsulla aparılır?

– Müalicəsi konservativ və cərrahi yolla aparılır. Müalicənin müddəti pasientin müraciət etdiyi yaşdan asılıdır. Ortodentiya yaşı keçmiş pasientlərdə ağır qüsurları aradan qaldırmaq üçün cərrahi müdaxilə edirik.

– Bu mövzu ilə əlaqədar oxuculara nə məsləhət görürsünüz?

– Hər bir uşağın ən gec altı yaşından etibarən stomatoloqu olmalıdır. O stomatoloq valideynin stomatoloq yox, məhz uşaq stomatoloqu olmalıdır. Məsləhət görürəm ki, uşaqları stomatoloqlara yönəltsinlər və onlardan mütəmadi olaraq məsləhətlər alsınlar. Bir məqama da toxunmaq istəyirəm. Uşaqların altı yaşında dişləri çıxır ki, bu dişlər də çənənin “açar”ları hesab olunur. Valideynlərin əksəriyyəti onu süd dişi kimi bilirlər və çəkdirirlər. Bu da gələcəkdə çənəmizin inkişafı üçün qüsur yaradır.

Həkimlə əlaqə: (050) 2859494

Uzman stomatoloq Pərviz Cəfərov: "Hər bir uşağın stomatoloqu olmalıdır"
Uzman stomatoloq Pərviz Cəfərov: "Hər bir uşağın stomatoloqu olmalıdır"
Uzman stomatoloq Pərviz Cəfərov: "Hər bir uşağın stomatoloqu olmalıdır"
Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*