Ümumi cərrah – koloproktoloq Nurlana Erçin: “Əməliyyat etmək fərqli duyğudur”

Ümumi cərrah – koloproktoloq Nurlana Erçin: “Əməliyyat etmək fərqli duyğudur”

– Nurlana xanım, artıq 13 ildir ki, bu sahədəsiniz. Hansı cərrahi əməliyyatlara məşğul olursunuz?

– Ümumi cərrah olaraq bütün açıq və qapalı (laparosopik) əməliyyatları icra edirəm. Lakin bir xanım həkim olaraq daha faydalı olacağımı düşündüyüm üçün, xüsusən də, xanımlarımızın utandığını və həkimə getmədiklərini nəzərə alarq proktoloji üzrə Türkiyədə ixtisaslasmaq qərarına gəldim. Bu müddət ərzində proktoloji sahənin incəliklərini öyrəndikcə necə doğru qərar verdiyimə daha da əmin oldum. Əsasən babasil, anal çat, parapraktit, kandiloma, rectasel, rectal prolapsus və s. əməliyyatlardan sonra yaranan sfinkter çatışmamazlığı (rectal inkontinas) və ya tam əksi, aşırı müdaxilə nəticəsində yaranan darlıq (striktura) fəsadları aradan qaldırmağa yönəlik əməliyyatlar icra edirəm.

– Çalşdığınız illər ərzində öz sahənizdə nə müşahidə etdiniz?

– Bir məqama toxunmaq istəyirəm. Bəzi həkimlər özlərini reklam edirlər ki, guya ağrısız və qansız babasil əməliyyatı icra edirlər. Bu, mümkün deyil. Xəstəyə qarşı dürüst olmaq lazımdır. Bəli, əməliyyat ağrısız ola bilər, amma əməliyyatdan sonra ağrıların olmayacağına hansı həkim zəmanət verə bilər ki?! Bizim pasientlərdə də yalnış düşüncə formalaşıb. Bir həkim baş verə biləcək ağırlaşmaları öncədən dedikdə, elə bilirlər ki, həmin həkim savadsızdır. Halbu ki, tibbdə yüz faizlik nəticə yoxdur. Həkimin vəzifəsi, sadəcə olaraq, o riskləri azaltmaqdır.

– Ümumiyyətlə, bir həkim olaraq sizi narahat edən məsələ nədir?

– Ümumimiyyətlə, bizdə proktologiya dedikdə insanlar bu sahəyə bir az utancaq yanaşırlar. Hətta inandırım sizi, proktologiyanın nə olduğunu çoxları bilmirlər. Məsələn, babasil ən çox rast gəlinən xəstəliklərdən biridir. Üç xəstədən ikisində rast gəlinir. Amma onlar həyatını bu cür davam edirlər. Həkimə müraciət etməkdən çəkinirlər. Proktoloq əvəzinə gedib ginekoloqa müraciət edirlər. Həkim məsləhəti olmadan hansısa şamlardan istifadə edirlər. Düzdür, bizdə əvvəllər sırf bu sahə ilə məşğul olan həkimlər çox az idi. İndi isə proktoloqların sayı kifayət qədərdir. Lakin üzdə olan bir-iki həkimə görə digərləri kölgədə qalıb. Bizdə bu sahəyə kifayət qədər ehtiyac var. Mən də çalışıram ki, Türkiyədə öyrəndiklərimi buradakı pasientlərimizə tətbiq edim və onları bu sahədə maarifləndirim.

– Siz xarici ölkələrdə olub, onların tibbi ilə, həkimləri ilə yaxından tanış olmusunuz. Fərqi nədə görürsünüz?

– Bircə onu deyə bilərəm ki, xarici həkimlər öyrənmək istəyən tələbəni ürəklə öyrədirlər.

– Hər bir işin bir sonu var. Bəs siz bu işə nə zaman son qoymağı düşünürsünüz?

– Düzdür, mən zaman-zaman bəzi haqsızlıqlara mərzu qaldım. Bir az geri çəkildim. Halbu ki, gələndə çox həvəsli gəlmişdim. İndi də bir az qərarsızam. Amma düşünürəm ki, bu işi heç bir vaxt ata bilmərəm. Cərrahlığı çox sevirəm. Əməliyyat etmək də fərqli bir duyğudur. Heç bir əməliyyatı pula görə etməmişəm, etmərəm də. Sadəcə olaraq, işimdən zövq alıram.

– Oxuculara nə məsləhət görürsünüz?

– Məsləhət görürəm ki, həkim-həkim gəzməsinlər. Həkimdən telefon vasitəsilə müalicə istəməsinlər. Vacib işləri olmadığı təqdirdə, gec saatlarda həkimi narahat etməsinlər. Ümumiyyətlə, bizim pasientlərdə maariflənmə səviyyəsi çox aşağıdır. İstərdim ki, çox oxusunlar, maariflənsinlər.

– Əynimə ağ xalatı geyinərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

– Ağlıma gəlməzdi ki, bu qədər haqsızlığa uğrayacağam. Ağlıma gəlməzdi ki, həkimin savadını sadəcə sosial şəbək və televiziya proqramlarındakı çıxış sayı müəyyən edəcək. Nəzərə alsaq i, kamera fobbim var, demək ki, mən heç vaxt savadlı həkim olmayacağam (gülür).

Həkimlə əlaqə: (051) 7468998

Ümumi cərrah – koloproktoloq Nurlana Erçin: “Əməliyyat etmək fərqli duyğudur”
Ümumi cərrah – koloproktoloq Nurlana Erçin: “Əməliyyat etmək fərqli duyğudur”
Ümumi cərrah – koloproktoloq Nurlana Erçin: “Əməliyyat etmək fərqli duyğudur”
Ümumi cərrah – koloproktoloq Nurlana Erçin: “Əməliyyat etmək fərqli duyğudur”
Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*