Ümumi cərrah Aytən Cəbrayılova:”Hər pasientə öz doğmam kimi yanaşıram”

Ümumi cərrah Aytən Cəbrayılova:”Hər pasientə öz doğmam kimi yanaşıram”

– Aytən xanım, necə oldu ki, həkim oldunuz?

– Mən orta məktəbdə oxuyarkən həkim olmaq barədə düşünmürdüm. Jurnalist olmaq istəyirdim. Anam mənə həkim olmağımı məsləhət gördü. Məni qonşuluqda olan biologiya müəlliminin yanına apardı. O da dedi ki, bu qızın istedadını məhv etməyin. Həkimliyi oxusun. Beləliklə, hazırlığa getdim və Tibb Universitetinə daxil oldum. Ilk üç kursda həvəssiz idim. Üçüncü kursdan etibarən bu peşəni sevməyə başladım. Universiteti bitirdikdən sonra rezidenturaya daxil oldum. Rezidenturanı da üç saylı şəhər xəstəxanasında keçdim. Oranı da bitirdikdən sonra “Diaqnoz” tibb mərkəzində çalışmağa başladım. İndi də fəaliyyətimi burada davam etdirirəm.

– Bu yolda ayağınıza çoxmu daş dəydi?

– Deməzdim ki, çox dəydi. Çətinliklərim oldu. Amma şansım çox gətirdi və qarşıma hər zaman yaxşı insanlar çıxdı.

– Nədən qorxursunuz?

– Yaxınlarımı itirməkdən qorxuram.

– Bu sahədə nəsə itirdinizmi?

– Bir az cavanlığımı itirdim, başqa heç bir şey.

– Sizin üçün nə samanlıqda iynə axtarmaq kimi bir şeydir?

– Elə də böyük iddialarım yoxdur. Sadəcə olaraq, pasientlərə necə xidmət göstərirəmsə, onun da elə qarşılığını almaq istəyirəm.

– İşdənkənar necə birisiniz?

– Mən işdə necəyəmsə, işdənkənar da eləyəm. Səmimi və gülərüz biriyəm.

– Ailəlisinizmi?

– Bəli, ailəliyəm.

– Bu işlə ailə həyatı alınırmı?

– Çətin də olsa, alındırmağa çalışırıq. Həm cərrah, həm də qadın olmaq çox çətindir. Yoldaşım bu işdə mənə çox dəstək olub.

– Hələ də gözünüzün önündən getməyən bir əməliyyatınız olubmu?

– Bəli, bir dəfə bir xəstəni laparoskopik əməliyyat edirdik. Bu zaman onda öd kisəsinin arteriyası zədələnmişdi. Çox narahat olmuşduq, amma təhlükəni aradan qaldıra bildik.

– Hansı növ əməliyyatları icra edirsiniz?

– Qarşın boşluğu, süd vəzi, proktoloji və s. əməliyyatları icra edirik.

– Bir həkim olaraq nəyə qətiyyətlə “yox” deyirsiniz?

– Mən xəstəyə artıq müalicə yazmağın əleyhinəyəm. Hər bir pasientə öz doğmam kimi yanaşıram. Pasientlərə pul kisəsi kimi baxmıram.

– Yaxın buraxdığınız adamlardan zərbə aldınızmı?

– Şükürlər olsun ki, elə ciddi ziyan görməmişəm heç kimdən.

– Hərdən nə fikirləşirsiniz?

– Bəzən fikirləşirəm ki, kaş həkim olmazdım. Çünki həkimlərə layiq olduqları dəyər verilmir. Bir də düşünürəm ki, cərrah yox, tibbin başqa sahəsinə gedə bilərdim. Çünki qadın olub cərrah olmaq çox çətindir.

– Oxuculara nə məsləhət görürsünüz?

– Məsləhət görürəm ki, düzgün həkim seçsinlər və həkimlərə qarşı münasibətlərini düzəltsinlər.

– Mən Hippokrat andını içərkən ağlıma gəlməzdi ki, bu fikri tamamlayın, zəhmət olmasa.

– Ağlıma gəlməzdi ki, Hippokrat andını içib bu anda sadiq olmayan insanlar olacaq.

Həkimlə əlaqə: (050) 4866494

Ümumi cərrah Aytən Cəbrayılova:"Hər pasientə öz doğmam kimi yanaşıram"
Ümumi cərrah Aytən Cəbrayılova:"Hər pasientə öz doğmam kimi yanaşıram"
Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*