Tibb elmləri üzrə fəlsəfə doktoru-pediatr Afaq Səfərova: ” Bu xəstəlik genetik xəstəlikdir”

Tibb elmləri üzrə fəlsəfə doktoru-pediatr Afaq Səfərova: ” Bu xəstəlik genetik xəstəlikdir”

Afaq xanım, ailəvi aralıq dəniz qızdırması nədir?

– Ailəvi olması genetik olması deməkdir. Ən çox türklərdə, ərəblərdə və yəhudilərdə rast gəlinir. Əlamətləri temperatur, qarın ağrısı, sinə ağrıları və oynaq ağrılarıdır. Genetik xəstəlikdir. Əlamətlər ataklar şəklində gəlir, müəyyən müddət olur, sonra xəstə rahatlaşır. Dərman vermədən də şikayətlər özlüyündə keçir.  Xəstəlik genetikdir. Həm ata, həm ana tərəfdə olmalıdır. Çox vaxt düzgün qoyulmayanda başqa xəstəliklər adı altında müalicə olunur. Apendisit, revmatoloji (oynaq ağrıları) və s. Tez-tez xəstələnən uşaqları yuxarı tənəffüs  yollarının infeksiyası kimi də müalicə edilir. Hətta badamcıqlar böyümədiyi halda kəsdirirlər. Bu da düzgün diaqnoz qoyulmadığı üçün baş verir.

– Bu xəstəliklə bağlı hansı məsləhəti vermək istərdiniz?

– Hər bir pediatr düzgün istiqamətləndirilməlidir. Bu diaqnoz revmatoloqlar tərəfindən qoyulur. Tez xəstələnən, periodik temperaturu olan, ataklar şəklində gedən qarın sancıları varsa, artıq bu xəstəliyə şübhə doğurur.

Tibb elmləri üzrə fəlsəfə doktoru-pediatr Afaq Səfərova: " Bu xəstəlik genetik xəstəlikdir"
Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*