Texnoloq Ulya Şirinova: “Kin saxlamağı bacarmıram”

Texnoloq Ulya Şirinova: “Kin saxlamağı bacarmıram”

– Ulya xanım, necə oldu ki, bu sənətə gəldiniz?

– Mənim bu sənətə marağım uşaqlıqdan olub. Uşaq olarkən gəlinciklərin saçları ilə oynayırdım. Tibb sahəsini bitirsəm də, o sahə üzrə işləmədim. Yaxın qohumum Nigar xanımın məsləhəti ilə “Laser Beauty” də işəməyə başladım. Artıq iki ildir ki, bu sahədə fəaliyyət göstərirəm. Düşünürəm ki, qısa zaman kəsiyində özümü təsdqiləyə bilmişəm.

– Bu işi kimdən öyrəndiniz?

– Bu işin incəliklərini mənə Ainka xanım öyrətdi. Fürsətdən istifadə edib, ona təşəkkürümü bildirirəm.

– Hər bir stilistin öz işləmə mexanizmi var. Sizi fərqləndirən bir cəhət varmı?

– Mənə necə rahatdırsa, elə də işləyirəm. Öz üslubumla gedirəm. Ən əsası, müştərilərimə pul kisəsi kimi baxmıram.

– Son zamanlarda xanımlar sizə daha çox nə ilə bağlı müraciət edirlər?

– Daha çox manikuliar düzləşmə ilə bağlı müraciətlər olur. Çünki xanımlar istəyirlər ki, saçları hər zaman düz olsun.

– Necə bir xarakterə maliksiniz?

– Mən çox kövrək bir insanam. Kin saxlamağı bacarmıram. Kimsə xətrimə dəysə, onu bağışlaya bilərəm, amma heç vaxt yadımdan çıxartmaram. Çünki qırılan qəlblər düzəlmir.

– Ailəlisinizmi?

– Bəli, ailəliyəm. Bir övladım var.

– Ailə həyatı ilə bu iş alınırmı?

– Çətin olsa da, alındırmağa çalışırıq. Çünki mən günün 12-13 saatını işdə oluram. Övladıma istədiyim qədər zaman ayıra bilmirəm.

– Beynəlxalq konfranslara, seminarlara qatılırsınızmı?

– Xarici ölkələrdə yox, amma ölkədaxili seminarlarda tez-tez iştirak edirəm.

– Gələcəkdə özünüzə bir yer götürüb işlətmək kimi bir planınız varmı?

– Xeyr, çünki mən Nigar xanımın üstündən bir iş görə bilmərəm. Məni o bu sahəyə gətirib. Ömrümün sonuna qədər ona minnətdaram.

– Son zamanlarda bu sahəyə axın çoxdur. Bir rəqabətin olduğunu hiss edirsinizmi?

– Rəqabət olmasa, inkişaf da olmaz. Yetər ki, o rəqabət sağlam olsun.

– Sizin paxıllığınızı çəkənlər varmı?

– Bəlkə də var…

– Nəyə “yox” deyirsiniz?

– Yalana və ikiüzlülüyə yox deyirəm.

– Xanımlara çox işləyirsiniz. Onları tam dərk edə bilmisinizmi?

– Xeyr (gülür). Bəzən xanımlar gəlirlər ki, saçımız tutumlu olsun. Onu düzəldirəm, bir neçə gün sonra deyirlər ki, tutumlu olmasın. Formasını dəyişirlər. Xanımların nə istədiklərini anlamaq bir az çətin məsələdir (gülür).

– Özünüz nə istədiyinizi bilirsinizmi?

– Bəli, mən istəyirəm ki, öz sahəmdə dünya səviyyəsində tanınım.

– Xanımlara nə məsləhət görürsünüz?

– Məsləhət görürəm ki, öz gözəlliklərinin qeydinə qalsınlar. İlk öncə, özlərinə dəyər versinlər ki, kənardakılar da onlara dəyər versin.

– Mən bu sənəti seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

– Ağlıma gəlməzdi ki, müştərilərim tərəfindən bu qədər seviləcəyəm.

Əlaqə nömrəsi: (051) 6604838

Texnoloq Ulya Şirinova: "Kin saxlamağı bacarmıram"
Texnoloq Ulya Şirinova: "Kin saxlamağı bacarmıram"
Texnoloq Ulya Şirinova: "Kin saxlamağı bacarmıram"
Texnoloq Ulya Şirinova: "Kin saxlamağı bacarmıram"
Texnoloq Ulya Şirinova: "Kin saxlamağı bacarmıram"
Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*